Əlüzyuyanlar hamam otaqlarına zövqə görə müxtəlif şəkillərdə yerləşdirilir. Altdan yapışan əlüzyuyanlar istisna olmaqla hər bir əlüzyuyan modeli öz ayağı üstündə və ya ölçüyə yığılmış bir şkafla ( moydadırla ) quraşdırıla bilər. Ayaqlar yarım və ya tam ayaq ola bilər. Yarım ayaqlar əgər kanalizasiya və su borularının pozisiyası əl verirsə asma şəkildə divara bərkidilir və əlüzyuyan onun üzərinə qoyulur. Tam ayaq isə yerə oturur və boruları istənilən şəkildə ( divara və ya yerə) qoşula bilər. Altdan yapışan əlüzyuyan modelləri isə digərlərindən fərqli olaraq tutan səthin üstündə yox altında yer alır. Bu modellər xüsusi örtüyün ( mərmər, qranit və s. ) altına yapışır.
48 nəticədən 1-12 nəticə göstərilir